Page 15 - Islamic Studies 07
P. 15
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 14
Sonra iki tayfadan (möminlərdən və kafirlərdən) hansının
onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını
bilmək üçün onları oyatdıq.1
Bunu da qeyd edək ki, rəcət zamanında əshabi-kəhfin qayıtması
haqqında İmam Sadiqdən(əleyhissəlam) hədis mövcuddur.
7) İbrahim peyğəmbərin dörd quşun başını kəsməsi:
(Ya Rəsulum!) Xatırla ki, İbrahim: “Ey Rəbbim, ölüləri nə cür
diriltdiyini mənə göstər!” – dedikdə (Allah) : “Məgər (ölüləri
diriltməyimə) inanmırsan?” –buyurmuşdu. (İbrahim: ) “Bəli,
inanıram, lakin ürəyim sakit (xatircəm) olmaq üçün (soruşdum)”, -
deyə cavab vermişdi. (Bu zaman Allah ona) buyurmuşdu: “Dörd cür
(cins) quş götürüb (səhv salmamaq üçün) onlara diqqətlə bax, (onları
parçalayaraq bir-birinə qatandan) sonra hər dağın başına onlardan
bir parça at, sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah
yenilməz qüvvət, hikmət sahibidir!”2
Ayədə qeyd olunduğu kimi, həzrət İbrahim(əleyhissəlam) dörd
quşun başını kəsərək onları öldürür və müxtəlif yerlərə qoyur.
Amma Allahın əmri ilə quşlar dirilərək hərəsi öz başının yanına
qayıdaraq həyatlarına davam edirlər. Bura kimi qeyd etdiyimiz
ayələrdən belə nəticə alırıq ki, qədim dinlər tarixində rəcət baş
vermiş və insanlar (mahiyyət baxımından fərqli olmasına
baxmayaraq) ona etiqad bəsləmişlər. Həmçinin İslam dinində də
rəcət mövzusu olduqca təkidlə qeyd olunmuş və qiyamətdən öncə
onun baş verməsi haqqında xəbərlər verilmişdir. Amma bu gün,
müasir zamanımızda yaşayan bəzi mütəfəkkirlərin“rəcətə inanmaq
və etiqad bəsləmək şiəliyə yəhudilikdən daxil olub” demələri
təəssübdən doğan sözdür.3 Əgər dinlər oxşar ayinləri bir-birlərindən
götürsəydilər, onda belə qərara gələrdik ki, İslam dinində olan şəriət
əməllərinin çoxsu digər dinlərdən götürülmüşdür. Bunu da nəzərə
alaq ki, İslam dini dinlərin ən sonuncusudur. Əgər Allah-taalanın
Qurani-Kərimdəki sözlərinə iman gətirsək, Quranın özündən öncə
olan səmavi kitabların təsdiq etməsini görərik. Dinlər arasında olan
müştərək ayinlərin, əməllərin və ibadətlərin olması labüddür.
1 Bax: Kəhf surəsi: 12
2 Bax: Bəqərə surəsi: 260
3 O cümlədən: Əhməd Əmin Misri, fəcrul islam, səh. 33