Page 11 - Islamic Studies 07
P. 11

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 10

                    Giriş

                    Şiə alimləri arasında Rəcət barəsində inanca birinci əsrdən rast
               gəlmək olur. Həmçinin İmam Zeynal Abidindən (ə) olan hədislərin
               mətninə diqqət yetirsək bir daha sözümüzə qüvvət vermiş olaqrıq.
               İkinci  və  üçüncü  əsrlərdə  isə  birinci  əsrdən  fərqli  olaraq  rəcət
               mövzusu  o  qədər  genişlənmişdi  ki,  hətta  şiənin  dilinin  şüarına
               çerilmişdi. Yəni rəcət barəsində olan hədislərə bu dövrlərdə daha
               çox  rast  gəlinir.  Təbii  ki,  o  dövrün  müxalifləri  bu  məsələdən
               xəbərdar idilər. Yəni artıq bunu gizlətmək mümkün deyildi. Hətta
               qarşı tərəfdə olan hədis alimləri hansısa ravinin rəcət barəsində hədis
               söylədiyini görüb daha ona istinad etmirdi.1 İmam Rzanın(ə) yaxın
               səhabələrindən  olan  Fəzl  ibn  Şazan  rəcət  barəsində  iki  cild  kitab
               yazmışdır.2
                    Siqətul İslam Kuleyni üçüncü əsrdə rəcət barəsində nəql olunan
               hədisləri  Üsuli-Kafi  kitabında  xüsusi  bölümdə  gətirmişdir.3 Şeyx
               Səduq rəcət barəsində dördüncü əsrə aid olan hədisləri nəql etməklə
               yanaşı  onlara  etiqad  bəsləməyi  də  haqq  bilmişdir.4 O  cümlədən
               Qurani-Kərimin müxtəlif ayələrinə və sünnü alimlərin İsa Məsihin
               qayıdandan  sonra  İmam  Mehdinin(əccəlallahu  fərəcəhum)
               arxasında namaz qılmağı barəsində olan hədislərə istinad etmişdir.5
                    Şeyx  Müfid  dördüncü  əsrin  sonlarında  axərəz-zəmanda  baş
               verəcək  rəcət  etiqadını  şiələr  arasında  birmənalı  olaraq  qəbul
               olunduğunu vurğulamış və bu nəzərlə müxalif olanların suallarını


               1  O dövrün alim və raviləri rəcət barəsində yazdıqları çox sayda kitabların adları və
               ünvanları bu günümüzə qədər gəlib catmışdır. O cümlədən; Həsən ib Əli ibn
               Həmzə(Ricali-Nəccaşi: c 1 səh. 132 n 72), Əbdul Əziz ibn Yəhya ibn Əhməd ibn İsa
               Cəludi Əzdi Bəsri(Ricali- Nəccaşi: c 2 səh. 54 n 638), Əbu Yəhya Corcani (Ricali-
               Nəccaşi:c 2 səh. 436 n 1232), əhməd ibn Davud ibn Səid əbu Yəhya Corcani(Əl-Fehrest,
               Tusi: səh. 80 n 100), Məsir ibn Əbduləziz (Xulasətul-uqul: səh. 176 n 5)
               2  İsbatul Rəcət və əl-Rəcət kitabları. Nəccaşı Kəncidən nəql edir: “mən onları digər
               gitablarla birgə görmüşəm”. Ricali- Nəccaşi: c 2 səh. 168 n 838. Həmçinin Şeyx Tusi
               onun böyük şəxsiyyət olduğundan söz açaraq onun “İsbatul Rəcət və əl-Rəcət”
               kitablarının adını çəkir.  Bax: Əl-Fehrest, Tusi: səh. 197 n 563
               3  Bax6 Əl-Kafi:  c 1 səh. 196-197, 283, 435,  c 3 səh. 131 və 536, c 8 səh. 50-51, 206,
               247, 337 və...
               4  Bax: Üyunül-əxbaril-Rza(ə): c 2 səh. 201, Əl-xisal6 səh. 108, məanul- əxbar: səh.365
               5  Bax: Əl-etiqadat: səh. 60-63
   6   7   8   9   10   11   12   13   14   15   16