Page 19 - Islamic Studies 07
P. 19
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 18
Nəticə
Rəcətin baş vermə tarixi birbaşa İmam Mehdinin(əccəlallahu
fərəcəhum) zühuru ilə əlaqəlidir. Şiə alimləri arasında bu mövzu
barəsində heç bir ixtilaflı fikir yoxdur. Xüsusən rəcət barəsində
nəzəriyyələri olan alimlərin hamısı rəcətin baş verməsini zühur ilə
əlaqəli olduğunu yekdilliklə qəbul edirlər. Əvvəldə Şeyx Səduqun
İhticac kitabında İsa peyğəmbərin(əleyhissəlam) qayıdaraq İmam
Mehdiyə(əccəlallahu fərcəhum) namazda iqtida etməsini sünnü
mənbələrinə əsasən yazmışdıq.1
Şeyx Müfid İmam Mehdinin zühuru zamanında rəcətin baş
verməsini şiə alimləri arasında icma şəklində qəbul olunduğunu
dəlillər əsasında sübut etmiş və bu fikrlə müxalif olanların bütün
iradlarına cavab yazmışdır. Seyyid Mürtəza da həmçinin rəcəti
İmamın zühuru zamanı baş verəcəyini deyir və bu nəzəriyyəni bütün
şiə alimlərinə də aid edir. Yəni onun nəzərinə əsasən şiə alimləri
arasında bu mövzuda heç bir firik ayrılığı yoxdur. Burada daha
maraqlısı budur ki, Seyid Mürtəza bu sözü sual-cavab əsnasında
qeyd etmişdir. Amma onun özünün rəcət barəsində olan təfsiri digər
şiə alimlərinin nəzəriyyələrindən tam fərqlidir. Onun fikrinə əsasən
rəcət İmamların qayıdışı deyil, əksinə onların quracağı hakimiyyətin
və dövlətin qayıdışıdır. Amma buna baxmayaraq bu qayıdışın baş
verəcəyi yenə də zühurun və İmamın hakimiyyəti dördündə
olacağını qeyd edir. 2 Şeyx Təbərisi də həmçinin rəcətin baş
verməsini bir başa İmam Zamanın(əccəlallahu fərəcəhum) zühuru
ilə əlaqəli olduğunu qeyd edir.
3
1 Bax: Əl-etiqadat: səh. 62
2 Əlbəttə Seydi Mürtəzanın irəli sürdüyü fikrin əsas müəllifi məlum deyil. Daha geniş
məlumat üçün bax: Rəsailul şəriful Mürtəza: 1 səh. 125
3 Bax: Məcmuəl bəyan: c 7 səh. 367 və cəvamiul came: c 3 səh. 203