Page 17 - Islamic Studies 07
P. 17

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 16

                           1.  Salehlərin mükafatlanması və kafirlərin cəzalanması

                    Dünya  ədalət 1  üzərində  qurulduğu  üçün  hamının  gözləntisi
               budur ki, dünyada gücsüzlərə zülm edən, onları aldadan, nəfslərinə
               xatir min bir əzaba düçar edən zalımlar elə məhz bu dünyada da öz
               cəzalarına yetişsinlər. Bu demək olar ki, hamının istəyi və zehnindən
               keçirdiyi sualdır. Amma bunu da qeyd edək ki, dünyada zalımlıara
               əzab vermək dünya imkanlarına əsasən mümkün olmadığı üçün əsas
               cəza axirət evində olacaqdır.2  Bu bir növ məntiqin   لا هلک کردی لا ام
                 هتتلتک ک ترتی-hamısına çata bilməyəcəyin təqdirdə, hamısını da tərk
               etmə- prinsipinə aiddir. Yani zalımlara, kafirlərə və müşrüklərə qarşı
               bütün  cəzaları  burada  tətbiq  etmək  imkanı  olmasa  da  qismən
               cəzalandırmaq mümkündür.
                           2.  Müntəzirlərin hazırlıqlığı və iradə möhkəmliyi

                    Rəcətin digər faydalarından biri də möminlərdə ümüd çırağının
               yandırılması  və  özlərini  zühura  hazırlamalarıdır.  əgər  bütün
               möminlərin zühur zamanı xalis möminlərin qayıdacağına ümüdləri
               möhkəm  olsa,  bütün  insanları  xalis  olmağa  dəvət  etməklə  yanaşı
               özləri də xalisliyə doğru addımlayacaqdır. Həmçinin bu hiss onlarda
               yaşamaq ümüdünü  də çoxaldacdır. Çünki heç bir zəhmətin hədər
               olmayacağına artıq tam inanmışdırlar.
                           3.  Yaxşılar üçün növbəti əməl fürsəti yaratmaq


                    Allahın övliyaları və peyğəmbərləri öz həyat yollarında kamala
               çatmaq üçün haqq tərəfindən kömək olunmamış və digər tərəfdən
               isə  insanlar  onları  tək  qoyduqları  üçün  öz  vücudlarında  olan
               müvəffəqiyyətlərini tam qüvvələri ilə göstərə bilməmişlər. Amma
               rəcət zamanında yenidən həyata qayıtmaqla bu imkanı əldə edərək
               öz  qabiliyyətlərinə  təkan  verib  layiq  olduqları  kamala  çatacaqlar.
               Həmçinin bu imkandan digər dünyadan köçən insanlar da istifadə

               1  Peyğəmbərimiz buyurub: yer və göy ədalət üzərində qurulmuşdur.(əvalil ali: c 4 səh.
               103 və Təfsiril Safi: c 5 səh. 107)
               2  Mütərcimdən: bir nəfər yüzlərlə, minlərlə. Milyonlarla insan öldürüb və ya bir nəslin
               həyatını tamami ilə dünyada yaşayarkən məhv etmişdir. Afrikada yaşayan milyonlarla
               fəqir insanların haqqını bir nəfərdən bu dünyada necə almaq mümkündür? Dünyada
               əgər bunların əvəzində Ona cəza olaraq ölüm işi kəssələr, O yalnız bir dəfə öləcəkdir.
               Bəs digərlərinin haqqı necə olsun?
   12   13   14   15   16   17   18   19   20   21   22