Page 13 - Islamic Studies 07
P. 13

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 12

                    Tarixdə baş vermiş rəcətlər
                    Qurani-Kərimdə müxtəlif şəxslərin və ya qövmlərin rəcət etməsi
               barəsində xəbərlər vermişdir. Bu məsələnin Quranda qeyd olunması
               bir daha rəcətin haqq olmasını sübuta yetirir.
                    Rəcət Quran-Kərimdə
                    1) Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir
               kəndin  yanından  keçən  kimsənin  əhvalatını  bilirsən?  O  kimsə:
               “Əcaba,  Allah  bu  kəndi  ölümündən  sonra  necə  dirildəcək?”  –
               demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra
               dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir
               gün,  bəlkə,  bir  gündən  daha  az”  –  deyə  cavab  verdi.  Allah  ona:
               “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də
               xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət
               dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının)  sümüklərinə
               bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini
               ətlə örtürük?” –  deyə buyurdu.  O kimsəyə bunlar  aydın olduqda:
               “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi.1
                    2) (Ya Rəsulum!) Minlərlə adamın (taundan) ölüm qorxusu ilə
               öz  yurdlarını  tərk  edib  getdiklərini  görmədinmi?  Allah  onlara:
               “Ölün!”  –  dedi  və  sonra  da  (yenidən)  diriltdi.  Həqiqətən,  Allah
               insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!2
                    Bu  ayədə  isə  Allah-taala  böyük  bir  toplumun  ölməsindən  və
               yenidən  dirilərək  həyata  qayıtmasından  söhbət  açır.    Təbii  ki,
               rəcətdəki  qayıdış  qiyamət  səhnəsində  insanların  qəbrlərindən
               çıxaraq  İlahi  dərgaha  olan  qayıdışdan  fərqlidir.  Budur  ki,  xüsusi
               insanlara  aid  edilmir.  Əksinə  bütün  yaranmışlar  baş  verməsi
               mümkün olan bir hadisədir.
                    3)  Bildiyimiz  kimi  həzrət  İsanın  (ə)  möcüzələrindən  biri  də
               ölmüş  insanları  diriltmək  olmuşdur.  Həmçinin  Qurani-Kərimdə
               dəfələrlə  qeyd  olunmuş  bu  hadisəni  rəcətin  baş  verməsinin
               mümkünlüyü üçün dəlil şəklində qeyd edə bilərik:
                    (Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya)
               belə  buyuracaq:  “Ya  Məryəm  oğlu  İsa!  Sənə  və  anana  nemətimi
               yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən


               1  Bəqərə surəsi: ayə 259
               2  Bax: Bəqərə surəsi: 243
   8   9   10   11   12   13   14   15   16   17   18